“Moskva" Türkiyə qayıqlarının hədəfində
Bizi izləyin

Dünya

“Moskva" Türkiyə qayıqlarının hədəfində

Türkiyənin sualtı qayıqları Suriya sahillərində hərəkət edən Rusiyanın “Moskva” raket kreyserini izləyir.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi yazıb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, hazırda Aralıq dənizinin şərq hissəsində “Dolunay” və “Burakreis” sualtı gəmiləri patrul keşiyi çəkir. “Dolunay” 11 noyabr, “Burakreis” isə 7 noyabr tarixində patrul keşiyinə çıxıb.

Sentyabr ayının sonunda Aralıq dənizində olan “Moskva” raket kreyseri Su-24 Rusiya bombardmançısının Türkiyə tərəfindən vurulmasından sonra yerini Suriya sahillərinə tərəf dəyişib. Sözügedən kreyser "Fort" adlı hava hücumuna qarşı müdafiə sistemləri ilə təchiz edilib. Bu sistem S-300 zenit-raket komplekslərinin dəniz analoqudur. Sözügedən kreyserin göyərtəsində quraşdırılan radiolokasiya və raket kompleksləri Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus olan qırıcı təyyarələri qoruya biləcək. Bu addımın atılmasının əsas məqsədi Suriyada hava hücumuna qarşı müdafiə sistemini gücləndirməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm