Əsəd Səlmanın mühasirəsini başa çatdırdı
Bizi izləyin

Dünya

Əsəd Səlmanın mühasirəsini başa çatdırdı

Suriya ordusu ölkənin şimalındakı Latakiya vilayətində yerləşən 1122 adlı strateji hündürlüyü ələ keçirib və Səlma şəhərinin mühasirəsini praktik olaraq başa çatdırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Suriya ordusunun generalı bildirib.

Ordunun nümayəndəsi həmçinin əlavə edib ki, sözügedən ərazidə aktiv döyüş əməliyyatlarının başlanmasına qədər təxminən 10 min döyüşçü var idisə, hazırda onlardan yalnız iki mini qalıb. O, qalanların öldürüldüyünü və ya geri çəkildiyini deyib. Suriyalı generalın sözlərinə görə, döyüşçülərin arasında Rusiyanın Şimali Qafqaz regionu və MDB ölkələrindən gələnlər üstünlük təşkil edirdi.

Qeyd edək ki, Səlma ölkənin şimalında strateji əhəmiyyətli şəhəridir. Buradan Türkiyə sərhədinə, həmçinin eyniadlı vilayətin paytaxtı İdlib şəhərinə yol açılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm