Putinin son qərarı AÇIQLANDI
Bizi izləyin

Dünya

Putinin son qərarı AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putin Fransanın paytaxtı Parisdə keçiriləcək Qlobal İqlim Zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya prezidentinin qrafiki buna imkan vermir.

“Ərdoğanla görüş planlaşdırılmır. Belə görüş olmayacaq”, - Kremlin nümayəndəsi deyib.

Liderlər arasında yaxın günlərdə telefon söhbətinin baş tutma ehtimalına gəlincə, Dmitri Peskov Putinin iş qrafikində hələlik bunun da nəzərdə tutulmadığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm