“Müsəlman Birliyi Hərəkatı” İŞİD-in başqa formasıdır” - İddia
Bizi izləyin

Nida.az

“Müsəlman Birliyi Hərəkatı” İŞİD-in başqa formasıdır” - İddia

Noyabrın 26-da Nardaran qəsəbəsində hüquq mühafizə orqanlarının birgə əməliyyatı zamanı həbs olunmuş Cabbar Cabbarov və əməliyyat zamanı polislə atışmada öldürülən Əkbər Babayevin fotoları yayılıb.

Bu fotolarla bağlı “Qafqazinfo”ya maraqlı iddia daxil olub. Bildirilir ki, Tale Bağırzadənin rəhbərlik etdiyi “Müsəlman Birliyi Hərəkatı” (MQB) təşkilatı üzvlərinin bədənlərinin müxtəlif nahiyələrində xüsusi simvolikalar olduğu müəyyən edilib. “Youtube” şəbəkəsində yerləşdirilən və sosial şəbəkələrdə paylaşılan fotolardan aydın görünür ki, təşkilat üzvləri sinələrində canavar şəkli, ayaqlarında isə faşist svastikası həkk etdiriblər. Məlumatda bildrirlir ki, təşkilat üzvlərinin toplantılarında iştirak edən şəxslərin dedikləri, habelə qurumun üzvləri arasında yazışmalar təsdiq edir ki, “Müsəlman Birliyi Hərəkatı” öz məqsədlərini reallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadəni məqbul hesab edib.

Azərbaycandan başlayaraq postsovet məkanının müsəlman dövlətləri, sonra isə Şərqə doğru radikal şiəlik ideologiyasının yayılması və şəriət qanunlarının tətbiqi “Müsəlman Birliyi Hərəkatı”nin fəaliyyətinin başlıca istiqaməti olub.

Bu məqsədin həyata keçirilməsi üçün geniş təbliğat qurulması, təbliğatın aparılması çətin olduğu və ya mümkün olmadığı yerlərdə isə zorakı metodlardan istifadə məqbul hesab edilib: “Noyabrın 26-da təşkilatın silahlı üzvlərinin iki polis əməkdaşını qətlə yetirməsi “Müsəlman Birliyi Hərəkatı”nin terror metodlarından yararlandığının bariz nümunəsidir. “Müsəlman Birliyi Hərəkatı” Azərbaycanda dərin kök salmağı, öz əhatəsini genişləndirməyi, Nardarandan başlayaraq Bakı kəndlərində, paytaxtda, sonra isə ölkənin digər ərazilərində öz idarəçiliyini qurmağı, Azərbaycanda hakimiyyət çevrilişi həyata keçirmək və ölkədə şəriət qanunlarının tətbiq etmək niyyəti güdüb”.

Xəbərdə o da bildirilir ki, Azərbaycanda və bütün dünyada yəhudilərə qarşı mübarizə aparılması, onların məhv edilməsini missiyası “Müsəlman Birliyi Hərəkatı”nin başlıca məqsədlərindən biri hesab olunub: ““Müsəlman Birliyi Hərəkatı” bəzi xarici dini mərkəzlərlə sıx əlaqədə olub, xaricdəki terrorçu qruplarla təmas qurulması istiqamətində əməli tədbirlər həyata keçirməyə çalışıb. Hərəkatın məqsədləri, fəaliyyəti onun radikal ekstremist və terrorçu təşkilat olduğunu göstərir. “Müsəlman Birliyi Hərəkatı” İŞİD-in başqa bir formasıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm