Azərbaycan tranzit rolunda: Türkiyə - Mərkəzi Asiya marşrutu
Bizi izləyin

Ekopublika.az

Azərbaycan tranzit rolunda: Türkiyə - Mərkəzi Asiya marşrutu

Azərbaycan Türkiyədən Mərkəzi Asiya ölkələrinə malların tranzitini təmin etməyə hazırdır. Bunu “Trend”ə TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat sahəsində əməkdaşlıq proqramının Azərbaycan üzrə milli katibi Akif Mustafayev deyib.

Ötən həftə Rusiya Türkiyədən yük avtomobillərinin öz ərazisinə girişini qadağan edib.

A.Musayevin sözlərinə görə, mövcud vəziyyətdə Türkiyə tərəfi bu yük axınının Azərbaycan ərazisi ilə getməsini təklif etdi və bu təşəbbüs ölkə tərəfindən tam dəstəklənir: "Sərhədyanı postlarda Türkiyə yük avtomobillərinin Azərbaycana maneəsiz girişi üçün şərait yaradılacaq".

A.Mustafayev qeyd edib ki, Azərbaycan rəhbərliyinin yük axınının cəlb edilməsi ilə bağlı strateji qərarı hələ Rusiya-Türkiyə münaqişəsi başlamazdan öncə qəbul edilib.

O bildirib ki, qida məhsulları, kənd təsərrüfatı məhsulları və digər malların daşınması ilə məşğul olan, Türkiyəyə məxsus 200 min yük avtomobilindən cəmi 30 mini Azərbaycan ərazisindən keçirdi: "Qalan 170 mini Gürcüstan-Rusiya sərhədi ilə Rusiyaya və Mərkəzi Asiya ölkələrinə gedirdi. Əgər onlar Azərbaycana istiqamətləndirilsə, öz ərazimizdən belə həcmdə yükü buraxmaq imkanımız var. Üstəlik, Xəzərdə bu qədər həcmin öhdəsindən gəlmək üçün kifayət qədər bərə var".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm