Əfsanə son qərarını verdi
Bizi izləyin

İdman

Əfsanə son qərarını verdi

NBA-nın beşqat çempionu Kobe Brayant bildirib ki, 2015/16 mövsümündən sonra peşəkar karyerasına son olacaq. Bu barədə BBC xəbər yayıb.

Publika.az xəbər verir ki, Brayant "Los-Anceles Leykers" klubunda 20 ilini keçirib və 32 min 670 xal yığaraq NBA tarixində məhsuldarlığa görə üçüncü oyunçudur.

37 yaşlı basketbolçu ABŞ millisinin heyətində iki dəfə Olimpiadanın qızıl medalını qazanıb.

Son illərdə Brayant tez-tez zədələnir və formasını bərpa edə bilmir: "Bir müddət əvvəl hər şeyi qətiləşdirdim. Belə bir qərar xarici faktorlardan asılı deyil. Bu, mənim daxilimdən gəlir. Və nəhayət ki, mən lazım olanı edirəm. Əslində hər şey qaydasındadır. Sadəcə, bu qərar mənim üzərimdən yükləri götürür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm