“Türkiyə alman və ingilisləri bizdən alacaq”
Bizi izləyin

Dünya

“Türkiyə alman və ingilisləri bizdən alacaq”

Türkiyənin turizm qiymətlərini aşağı salması Bolqarıstanı narahat etməyə başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkədəki turizm şirkətlərini Rusiyadan Türkiyəyə çarter reyslərinin qadağası və turpaketlərin satışının dayandırılmasına sevinməməyə çağırırlar.

“Mümkündür ki, Rusiya turistləri Türkiyənin əvəzinə Bolqarıstanı seçəcəklər. Amma çətin ki, bu bizə xeyir gətirəcək. Üç milyon Rusiya turisti türk kurortlarına getməsə belə, Bolqarıstanın sadəcə olaraq o qədər turisti qəbul etmək imkanı yoxdur”, - Turizmin Qiymətləndirilməsi və Analiz İnstitutunun nümayəndəsi Rumen Draqanov bildirib.

Onun sözlərinə görə, Türkiyədə turizm sahəsində qiymətlərin aşağı salınması ilə bağlı böyük təcrübəsi var: “Bu siyasət imkan verəcək ki, Türkiyə bizdən alman, ingilis və Skandinaviya turistlərini alsın”.

Qeyd edək ki, Türkiyə kurortları Yeni il ərəfəsində qiymətlərin 40 faiz aşağı salınacağını elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm