Dünya
NATO-dan Kremlə son SÖZ: “Heç kim Türkiyədən....” - VİDEO
NATO-nun baş katibi Yens Stoltenberqlə görüşən Türkiyənin baş naziri Əhməd Davudoğlu birgə mətbuat konfransında Türkiyədən üzr istəməyi tələb edən Rusiyaya son sözünü deyib.
Publika.az Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, baş nazir deyib ki, kimsə Türkiyənin üzr istəyəcəyini gözləməsin.
Rusiya ilə terrorizmlə mübarizə mövzusunda görüşməyə hazır olduqlarını söyləyən Davudoğlu SU-24 təyyarəsinin vurulmasının müdafiə məqsədli olduğunu qeyd edib.
“Türkiyənin sərhədlərini qorumaq bizim vəzifəmizdir. Hava məkanımızın qorunması bir vəzifədir. Heç bir hökumət lideri vəzifəsini yerinə yetirdiyi üçün üzr istəməz. Ordumuz vəzifəsini yerinə yetirib. Kimsə bizdən üzrxahlıq gözləməsin”, - Türkiyənin baş naziri söyləyib.
NATO-nun baş katibi isə Türkiyə öz sərhədlərini və hava məkanını qorumaq haqqına malik olduğunu vurğulayıb.
Ömər Dağlı
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...