Təbriz və Bakı xətti Türkiyənin... – ŞOK MÜHARİBƏ PROQNOZLARI
Bizi izləyin

Dünya

Təbriz və Bakı xətti Türkiyənin... – ŞOK MÜHARİBƏ PROQNOZLARI

“Türkiyə ilə qarşıdurma Rusiyanı parçalayar”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu proqnozla Türkiyə-Rusiya münasibətlərini şərh edən Özyeğin Universitetinin müəllimi, professor Məsud Hakkı Caşin çıxış edib.

“Aralıq dənizi və Qara dənizdəki bütün rus gəmiləri batırılacaq”

Fransada bu gün başlayacaq Qlobal İqlim Zirvəsində Türkiyə və Rusiya liderlərinin görüşməsi üçün fürsət olduğunu deyən professorun sözlərinə görə, fürsət əldən verilsə, dünyada bəlkə 100 il davam edəcək qarşıdurma dövrü başlayacaq. O, Rusiyanın cavab addımların davam edəcəyi halda hadisənin çox böyüyəcəyini və müharibəyə səbəb olacağını söyləyib.

“Müharibə baş verərsə Türkiyə İstanbul boğazlarını bağlaya, Aralıq dənizi və Qara dənizdəki bütün rus gəmilərini batıra bilər. Rusiya nüvə silahına malik ölkədir, amma Türkiyə də nüvə silahlarına sahib NATO-nun üzvüdür. Belə bir qarşıdurma nüvə müharibəsinə çevrilər. Rusiya daxilində 11 milyon türk və müsəlman yaşayır. Belə bir qarşıdurmada Türkiyə və Rusiya itirər, ABŞ, İsrail, Almaniya və Çin qazanar. Bəziləri bunu iki ölkəyə də izah etməlidir”, - türkiyəli professor bildirib.

Ttürklər və ruslar birləşsə...

Caşin Karl Marksın Türkiyə və Rusiya ilə bağlı sözlərinə xatırladıb: “Karl Marks deyib ki, türklər və ruslar birləşsə bütün Avropa üçün böyük fəlakət olar. Yüz il əvvəl deyilən bu söz bu gün üçün də etibarlıdır. Son illər yaxınlaşan iki dövlət hazırda müharibənin bir addımlığındadır. Son illərin hər böhranın Çin qazandı. Ukrayna və Belerusda ucsuz-bucaqsız əkin sahəsi kirayə götürüb. Ruslarla 400 milyard dollarlıq qaz və ticarət razılaşması imzaladılar. Rusiyadan aldığı zenit-raket sistemləri və MİQ-29 təyyarələrini təqlid etdilər və hazırda özləri bu texnologiyalara sahibdirlər. Eyni zamanda İranla ən çox ticarət edən ölkədir. Çin tarixində ilk dəfə Aralıq dənizində hərbi təlimlər keçirir”.

“Hələb, Kərkük, Təbriz və Bakı Türkiyənin təhlükəsizlik xəttidir”

Türkiyəli professorun sözlərinə görə, Türkiyəni lap əvvəldən Suriyada oynanılan oyundan kənarda saxlamağa çalışırlar: “Suriyada PYD vasitəsilə Aralıq dənizinə açılan bir kürd dövlətini qurmaq istəyirlər. Türkiyə ABŞ-ın bölgədəki ən əhəmiyyətli müttəfiqi və NATO-dakı ən əhəmiyyətli gücüdür. Türkiyə olmadan Yaxın Şərqi yalnız İsrail ilə idarə etmək mümkün deyil, xəritələr Türkiyəsiz çəkilə bilməz. Amma indi Türkiyə barəsində haqsız olaraq “beynəlxalq terrora daxildir” imici yaradılır”.

Rusiyanın ölkə xaricindəki 26 milyonluq rus əhalisini qorumaq üçün başqa ölkələrə hərbi müdaxilələr etdiyini deyən professor Suriyadakı türkmanların da xaricdəki türklər olduğunu deyib: “Dövlətlər təhlükəsizlik xətlərini öz sərhədləri kimi görməzlər. Hələb, Kərkük, Təbriz və Bakı xətti Türkiyənin təhlükəsizlik xəttidir. Bu təhlükəsizlik sərhədlərini güc yolu ilə pozulmasına Türkiyə icazə verməyəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm