Qırmızı.az
YUNESKO-dan ermənilərə zərbə
30 noyabr - 4 dekabr tarixində Namibiyanın paytaxtı Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, sessiya çərçivəsində Azərbaycanın YUNESKO-ya təqdim etdiyi ölkəmizdə qeyri-maddi mədəni irsin vəziyyətini, ölkədaxili və xaricində həyata keçirilən təbliğat-təşviqat tədbirləri, bütün qeyri-maddi mədəni irs nümunələrini, xüsusilə YUNESKO-nun müvafiq siyahısına daxil edilmiş irs nümunələrinin qorunması və inkişafı üçün dövlət tərəfindən həyata keçirilmiş fəaliyyətləri əks etdirən beşillik ölkə hesabatı müzakirə edilib.
Komitə üzvlərinə təqdim edilən hesabat kifayət qədər müfəssəl hazırlanıb, qaldırılmış sualları ətraflı cavablandırıb, eyni zamanda bütün ölkə ərazisində beşillik dövrdə həyata keçirilmiş tədbir və layihələri tam əks etdirib və ən əsası, hesabat keçmiş və gələcəyin inkişaf planları arasında ciddi bağlılığı qoruyur.
Hesabatda, həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qeyri-maddi mədəni irsimizə dəymiş ziyanı, habelə bu işğalçılıq nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda öz doğma yurdlarını tərk etmə məcburiyyətində qalmış və hazırda Azərbaycanın digər ərazilərində məskunlaşmış qaçqın və məcburi köçkünlərimizin öz qeyri maddi mədəni irsinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında çətinliklər əks olunub, işğal edilmiş ərazilərdə mədəni abidələrin məhv edilməsi, qeyri-maddi mədəni irsin inkişafına və qorunmasına mənfi təsir göstərməklə yanaşı, bu ərazilərdə yaşayan azərbaycanlıların intellektual mülkiyyət hüquqlarının pozulması ilə nəticələnib.
Müzakirələrin sonunda Azəbaycanın beşillik hesabatı qəbul edilib.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO