Yaxın Şərqdə yeni türk dövləti qurulur - XƏRİTƏ
Bizi izləyin

Dünya

Yaxın Şərqdə yeni türk dövləti qurulur - XƏRİTƏ

“Suriyada bir müharibə var, bu müharibənin pis övladı İŞİD-dir”.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar Selçkun Düzgün “Suriya Səlcuqları Dövləti” adlı yazısında bildirib.

Onun sözlərinə görə, Əsəd, Rusiya, İran, Avropa Birliyi, ABŞ, həmçinin, Türkiyə İŞİD-lə savaşır: “Məsələnin maraqlı tərəfi İŞİD-lə müharibə aparanların bir-birinə qarşı da savaşmasıdır. Son dövrlər baş verənlər İŞİD-lə müharibə aparanların əsl məqsədinin başqa olduğunu göstərir. Bu hədəf Türkiyədir.

Rusiyanı, Çini, İranı bir araya gətirən, Avropa Birliyi və ABŞ-ın kənardan izlədiyi, erməni, yunan, PKK işbirliyinin içəridən qan əmdiyi bu koalisiyanın məqsədi çox sadədir: türk millərinin Türk Birliyinə gedən yolunu bağlamaq, 1071-ci ilin intiqamını alaraq Türkü gəldiyi coğrafiyalara geri göndərməkdir. Halbuki bilmirlər ki, türklər 1071-ci ildə ilk dəfə deyil, son dəfə bu torpaqlara gəldi və burada sonsuza qədər yurd saldı. Türkiyəyə qarşı formalaşdırılan koalisiyaları bir uyğur atalar sözü ilə şərh etmək mümkündür: kəndin itləri qurdu görəndə birləşirlər”.

S. Düzgün qeyd edir ki, sonda Suriya bölünəcək və orada müxtəlif etnik, məzhəb dövlətləri qurulacaq: “Türkiyənin Suriyadakı türkmanlara ən gözəl yatırımı orada yeni bir Türk dövlətinin qurulması ola bilər. Dövlətin adı Suriya Səlcuqları Dövləti, bayrağı göy, ay-ulduz, dövlət himni Türkiyənin himni olmalıdır. Bu dövlət Aralıq dənizindəki Şimali Kipr türk Cümhuriyyəti kimi, Türkiyənin uzaq bəyliyi olacaq və bu bölgədən Türkiyəyə qarşı bütün hücumlara cavab verəcək. Bundan sonra görünən yol Krıma, Kərkükə, Şərqi Türküstana, Balkanlara gedən yoldur. Müharibənin ən bəsit qaydası budur: “ən yaxşı müdafiə hücumdur”.

Türkiyəni bu alov çevrəsindən qurtuluşunun yeganə yolu genişlənməsi, böyüməsidir və o, bu yolda onun dirilməsini səbirlə gözləyən Türk dünyası ilə birlikdədir”.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm