Ərzurumda 1800 məzar qazıldı - FOTO
Bizi izləyin

Dünya

Ərzurumda 1800 məzar qazıldı - FOTO

Türkiyənin Ərzurum şəhərində bələdiyyələr 1800 məzar yeri hazırlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qış aylarında havanın tempuraturunun mənfi 35 dərəcədən də aşağı düşməsi torpağın qazılmasını çətinləşdirir.

Qışda torpaq donduğu üçün məzarlar ancaq kompresorların köməyi ilə qazılır. Bu üsulla isə bir məzarın qazılması 5 saat çəkir. Ona görə də bələdiyyə problemi kökündən həll etmək üçün havalar soyumadan məzarlarm qazdırıb.

Qazılan məzarların təxminən iki ilə kifayət edəcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm