İradədən Elgizə: “Sözlərin ürək bulandırır” - VİDEO
Bizi izləyin

Magazin1

İradədən Elgizə: “Sözlərin ürək bulandırır” - VİDEO

Cem Yılmazın lentə aldığı yeni filmdə azərbaycanlı müğənni İradə İbrahimovanın repertuarından “Neyləyək, alınmadı” mahnısını ifa etməsi artıq neçə həftədir ki, müzakirə olunur.

Elgiz Əkbərin həmin hadisəni böyük uğur hesab etməməsi və bunu canlı yayımda bildirməsi qarşı tərəfi qıcıqlandırıb.

Publika.az-a açıqlama verən İradə İbrahimovanın mətbuat katibi Zəminə Rüstəmova Elgiz Əkbərin bu açıqlamasına olan təəccübünü gizlətməyib:

“Elgizin nə İradə xanımla, nə də Cem Yılmazla problemi yoxdur. İradə ilə Elgizin çox gözəl münasibəti var. Açığı, bu xəbər məni təəccübləndirdi. İradə İbrahimovanın ifa etdiyi mahnı ilə Azərbaycan musiqisi bir daha gündəmə gəldi. Bu isə tərifəlayiq haldır. Bundan bütün Türkiyə mətbuatı yazdı. Sözügedən xəbər İradənin özü üçün də sürpriz olub”.

Müğənninin mətbuat katibi Elgizin “Cennifer Lopez Azərbaycan dilində mahnı oxumayıb ki?!” fikrinə də münasibət bildirib:

“Cem Yılmazın məşhurluğuna gələndə isə o, Türkiyə üçün əlçatmaz insandır. İradə xanım orada məşhur sima deyil. Çünki o, Türkiyə şou biznesinə qatılmayıb. Cem Yılmaz Türkiyədə Cennifer Lopez qədər məşhur şəxsdir. Yəqin, Elgiz Əkbər o sahə ilə maraqlanmır. Elgiz bu sözləri ilə ürək bulandırdı”.

Xatırladaq ki, telejurnalist Elgiz Əkbər adıçəkilən hadisəni boş yerə şişirdildiyini söyləmişdi:

“Son dövrlər konsertlər yoxdur. Mədəniyyət hadisələri baş vermir. Bu xəbər artıq çürüdüb. Böyük bir iş olub? Cem Yılmaz çox istedadlı insandır. Amma bunu elə qələmə verir ki, elə bil Cennifer Lopez Azərbaycan dilində mahnı ifa edib. Burda nə var axı? Oxuyub oxuyub da...”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm