Dodaqlara gənclik bəxş edən təbii üsullar
Bizi izləyin

Gözəllik

Dodaqlara gənclik bəxş edən təbii üsullar

Siqaret çəkmək, günəşin ultrabənövşəyi şüalarına məruz qalmaq və həddən artıq kofein qəbul etmək dodaqların qaralmasına səbəb ola bilər. Dodaq rənginin tündləşməsi sizi olduğunuzdan daha yaşlı göstərəcək.

Lakin təbii yollarla gənc və təravətli dodaqlara sahib olmaq mümkündür.

Bunun üçün Publika.az-ın təqdim etdiyi üsulları sınaqdan keçirin.

Bal: yatmazdan qabaq dodaqlarınıza bir az bal çəkin. Səhər oyananda şəkər tozu ilə ovub təmizləyin.

Badam yağı və gənəgərçək yağı: bu iki yağı qarışdırıb dodaqlara çəkin. Üç dəqiqə masaj etdikdən sonra ilıq su ilə təmizləyin.

Buz: dodaqlarınızı üç dəqiqə ərzində buzla masaj edin.

Qaymaq: gecə yatmazdan əvvəl dodaqlara qaymaq çəkib üç dəqiqə masaj edin. Təmizləməyə ehtiyac yoxdur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm