Dadı damaqda qalan desert resepti
Bizi izləyin

Mətbəx

Dadı damaqda qalan desert resepti

Bu desertin özəlliyi ondadır ki, hazırlanmasında cəmi 3 ərzaqdan istifadə edilir.

Həmin ərzaqlar:

3 ədəd yumurta

150 qram ağ şokolad

150 qram maskorpone pendiri

Hazırlanması:

Ağ şokoladı dilimləyib şüşə qabda qaynar su ilə dolu qazanın üstünə qoyun. Lakin qabın suya dəyməməsinə diqqət edin. Yumurtaların sarısını və ağını ayırıb ayrı-ayrı qablara tökün. Yumurtanın ağını mikserlə qatılaşana qədər çalın. Ağ şokolada pendir əlavə edib qaşıqla qarışdırın. Üzərinə yumurta sarısını, sonra ağını əlavə edib asta-asta qarışdırın. Girdə və istiliyə dayanıqlı şüşə qaba yağlı kağız sərib hazırladığınız qarışığı ora tökün. Səthə çıxan qabarcıqların getməsi üçün qəlibi bir-iki dəfə mətbəx masasına vurun. Böyük soba sinisinə iki barmaq qalınlığında isti su töküb şüşə qəlibi onun içinə qoyun.

Deserti əvvəlcədən isidilmiş 170 dərəcə istilikdə olan sobada 15 dəqiqə, sonra 160 dərəcədə 15 dəqiqə bişirin. Axırda sobanı söndürün. Desertin öz temperaturunda daha 15 dəqiqə bişməyini gözləyin. Otaq temperaturunda tamamən soyudun. Qəlibindən çıxardıb üzərinə şəkər kirşanı səpib dilimləyin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm