Sinan Özəni azərbaycanlı müğənnilərlə nə bağlayır?
Bizi izləyin

Magazin1

Sinan Özəni azərbaycanlı müğənnilərlə nə bağlayır?

Türkiyənin tanınmış müğənnisi Sinan Özən əməkdar artist Ədalət Şükürov və “Qala” qrupunun rəhbəri, bəstəkar-müğənni Ceyhun Əliyevin yeni bəstəsini oxuyacaq.

C.Əliyev Publika.az-a bildirib ki, tərəflərin görüşü nəzərdə tutulub.

“Sinan Özən həm Ədalət Şükürovun repertuarından bir mahnı səsləndirəcək, həm də onun üçün bəstələnəcək mahnını ifa edəcək. Daha bir bəstəni isə məndən istəyiblər. Mahnı yazılır. Bu günlərdə ortaya çıxan bir çox mahnının ömrü qısa olur. Yaxşı mahnı yazılmalıdır ki, sevilən olsun. Bizim hədəfimiz budur ki, dinləyiciyə ancaq yaxşı mahnı təqdim edək”.

Ceyhun Əliyev Sinan Özənlə əməkdaşlıq zamanı türkiyəli sənətçinin Bakıya səfərinin olacağını istisna etmədi.

Xatırladaq ki, Ceyhun Əliyevin bəstələrini müğənnilərdən Röya, Günay İbrahimli, Sevda Yahyayeva, Ədalət Şükürov, Ayaz Qasımov və başqaları ifa edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm