Eyvazov Nardaranda: evlər yoxlanılır, silah-sursat tapıldı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Eyvazov Nardaranda: evlər yoxlanılır, silah-sursat tapıldı (YENİLƏNİB)

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov hazırda Nardaran qəsəbəsindədir.

Trend-in əməkdaşının məlumatına görə, V.Eyvazov keçirilən xüsusi əməliyyatla əlaqədar qəsəbəyə gəlib.

Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

APA-nın məlumatına görə, polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb. Saxlanılanlar var. Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb.

Bununla yanaşı, qəsəbənin küçə və meydanları radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib.

Qəsəbədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə keçirilən əməliyyat tədbirlərilə əlaqədar qəsəbədə evlər yoxlanılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən evlərdə qeydiyyatı olan şəxslər siyahı üzrə yoxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm