Britaniyalı ekspertlər hesabladı: Putinin rus ruleti özünü vuracaq
Bizi izləyin

Dünya

Britaniyalı ekspertlər hesabladı: Putinin rus ruleti özünü vuracaq

Böyük Britaniyanın iqtisadi ekspertləri Rusiya sanksiyalarının Türkiyəyə gətirəcəyi mümkün itkiləri qiymətləndiriblər.

Publika.az xəbər verir ki, Britaniyanın “Capital Economics” nəşrinin yazdığına görə, Rusiya sanksiyalarının türk iqtisadiyyatına verəcəyi maksimal zərər ümumi daxili məhsulun 0,5 faizini təşkil edə bilər.

Gözlənilir ki, məhdudiyyətlərdən Türkiyənin turizm sektoru daha güclü zərər çəkəcək. “Capital Economics”in proqnozlarına görə, əgər 2016-cı il ərzində heç bir rusiyalı turist Türkiyəyə gəlməsə yerli turizm sektoru 3 milyard itirəcək. Bu isə ümumi daxili məhsulun 0,4 faizini təşkil edir.

Lakin iqtisadçılar bildirirlər ki, Türkiyə iqtisadiyyatına dəyən zərər Avropa Birliyinin maliyyə yardımı ilə qismən kompensasiya ediləcək. Belə ki, Avropa Birliyi və Ankara qaçqınların tranzit axınının azaldılmasına əvəz olaraq Türkiyəyə 3 milyard avronun ayrılması barədə razılaşıblar.

“Capital Economics” həmçinin qeyd edir ki, Rusiyanın sanksiyasının Türkiyənin kənd təsərrüfatı sektoruna da əhəmiyyətli təsir göstərməyəcək. 2014-cü ildə Türkiyənin Rusiyaya ixrac etdiyi kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1,2 milyard olub və bu ümumi daxili məhsulun 0,15 faizini təşkil edir. Eyni zamanda Rusiyanın ərzaq idxalının dörddə biri Türkiyə məhsullarının payına düşür.

“İnkişaf Mərkəzi” İnstitutunun böyük elmi işçisi Sergey Aleksaşenko həmçinin bildirib ki, Rusiya sanksiyalarının təsiri çox güclü olmayacaq.

“Sözsüzdür, Türkiyə iqtisadiyyatı sanksiyaların hiss edəcək. Sanksiyalar xüsusilə turizm sektorunu vuracaq. Ancaq qonşu ölkədə “iqtisadi kollaps”ı gözləmək lazım deyil. Türkiyənin iqtisadiyyatı Rusiya ilə müqayisədə daha möhkəmdir. Hətta güclü xarici şok belə onu tarazlıqdan çıxarmayacaq”, - iqtisadçı qeyd edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Türkiyə barəsində iqtisadi ölçülərin tətbiqi haqqında fərman imzaladı. Sanksiyalar ölkələr arasında aviareyslərin məhdudlaşdırılması, Rusiyaya bir sıra türk mallarının idxalının dayandırıması, həmçinin turizm sektorunda əməkdaşlığının dayandırmasını nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm