Nida.az
Ermənistandakı rus raketləri Ankaraya tuşlandı: Qarabağda müharibə...
Ankara Qarabağ münaqişəsini ölü nöqtədən tərpətmək
istəyir.
Publika.az xəbər verir ki, “Nezavisimaya qazeta”
nəşri Türkiyə-Rusiya qarşıdurması fonunda Ankaranın Qarabağda
müharibəyə başlaması haqda informasiyaları şərh edib.
Nəşr yazır ki, Rusiyanın iqtisadi sanksiyalarına, həmçinin, “erməni
məsələsində” İrəvanı dəstəkləməsinə qarşı Türkiyə ciddi addımlar
ata bilər.
“Davudoğlunun Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün
Türkiyənin əlindən gələni edəcəyi haqda bəyanatından dərhal sonra
məlumat yayıldı ki, Rusiya Federasiyasının prezidenti Vladimir
Putin Türkiyə-Ermənistan sərhədində 7 minlik əsgər yeridib”, - deyə
nəşr qeyd edib.
Hərbi ekspert Viktor Litovkin nəşrə açıqlamasında bildirib ki, bu,
yanlış informasiya ola bilər: “Mən əmin deyiləm ki, ordu həqiqətən
də hazırlanır. Lakin bu faktdır ki, Türkiyə ilə Ermənistan sərhədi
erməni ordusu ilə yanaşı, həmçinin, rus əsgərləri tərəfindən də
qorunur. Orada bizim hərbi bazamız var. Bu baxımdan, Rusiyadan ora
qoşunların göndərilməsi xəbəri qəribə görünür. Onsuz da
Ermənistandakı artilleriyamız Türkiyəyə doğru tuşlanıb”.
Ekspert qeyd edib ki, müharibə olacağı təqdirdə, Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana dəstək
verəcək: “Hətta KTMT bundan imtina etsə belə, Rusiya mütləq öz
yardımını edəcək. Çünki müqavilə var. Bunu Azərbaycanda anlayırlar.
Digər tərəfdən, Türkiyə Qarabağda müharibəyə başlayarsa, NATO-nu da
bu müharibəyə qoşmuş olacaq. Şimal Alyansının indi buna nə qədər
hazır olduğunu demək çətindir”.
Asif Nərimanlı
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular