ABŞ-ın Türkiyə və Azərbaycana qarşı “erməni ordusu” – MƏXFİ
Bizi izləyin

Nida.az

ABŞ-ın Türkiyə və Azərbaycana qarşı “erməni ordusu” – MƏXFİ

Amerikanın ermənilərə məxfi dəstək verdiyi haqda yeni faktlar ortaya çıxıb.


Publika.az xəbər verir ki, Rusiyanın “oxitmity” saytının erməni yazarı Vaqram Aqajanyan ABŞ-da yaradılan erməni legionu ilə bağlı “qürurverici” xəbər yazıb.


“ABŞ-dakı ermənilərdən təşkil olunan Amerikanın erməni legionu (American Armenain Legion) müxtəlif növ silah növündən atəş açmaq və döyüş sənətinin incəliklərini öyrənmək üçün təlim keçib. Amerika erməni legionunda hər biri beş nəfərdən ibarət olan bir neçə qrup var. Onlar ABŞ ordusunun dəniz piyada qoşununun keçmiş zabitlərinin rəhbərliyi altında məxfi hazırlıq keçirlər. Erməni legionunda bir neçə min döyüşçü cəmləşib”, - deyə xəbərdə qeyd olunur.


Erməni müəllifin sözlərinə görə, bu legion vaxtilə “erməni soyqırımı”ndan sonra müdafiə məqsədilə yaradılıb.


V. Aqajanyan qondarma “erməni soyqırımını” gerçək kimi təqdim edir və qeyd edir ki, bu legion Türkiyəyə, həmçinin, bütün türklərə qarşı unikal hərbi birlikdir: “Legionun tərkibini ABŞ-dakı erməni icması seçir. Türkiyə bu legiona görə ABŞ tərəfinə narazılığını bildirib”.


Müəllif bu haqda informasiyaları erməni diasporunun KİV məlumatlarından götürdüyünü bildirib.


Qeyd edək ki, bir müddət öncə Türkiyə mediası da ABŞ-dakı erməni legionu haqda informasiyalar yaymışdı. Belə ki, “Sabah” qəzeti Türkiyə kəşfiyyatındakı mənbəyə istinadən xəbər verirdi ki, MİT erməni legionunun təlimlərini əks etdirən fotogörüntülər əldə edib. Onlar Kaliforniya (bu ştat ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir – red.) yaxınlığında yaradılan xüsusi düşərgədə təlim keçirlər.


Publika.az Amerika erməni legionu ilə araşdırmalarında maraqlı faktlarla qarşılaşıb.


Məlumata görə, Nyu-York, Çikaqo, Vaşinqton və Uotertaundan olan ermənilər 1917-ci ildə qurulan legiona üz tuturdular. Onlar Nyu-Yorkda legiona üzv olur, Nyu-Cersi ştatında təlimlər keçirdilər.


Erməni mənbələri iddia edir ki, ermənilər avropalıların hərbi birliklərinin tərkibində hələ orta əsrlərdə döyüşüblər. Hətta Yerusəlimin (Qüdsün) işğalı ilə nəticələnən Səlib yürüşlərində iştirak etdikləri iddia olunur.


Bu faktlar hazırda Türkiyə və Azərbaycana qarşı iddia və işğal siyasətinə rəğmən, Avropanın niyə Ermənistanı dəstəkləməsinə elə erməni mənbələrində verilən ən yaxşı cavabdır. Yəni xristian həmrəyliyi və islamafobiyanın əsası hələ XI-XII əsrlərdə qoyulub və günümüzdə daha da genişlənib.


Digər məlumatlarda isə ermənilərin I Dünya müharibəsi zamanı da avropalılarla hərbi əməkdaşlıq etdiyi deyilir. Tarixdən bəllidir ki, 1916-cı ildə Türkiyəyə qarşı döyüşən fransız ordusunun tərkibində erməni legionu yaradılıb. Bu təşəbbüsü Misir siyasətçisi olmuş, o vaxt erməni nümayəndə heyətinə rəhbərlik etmiş Poqos Nubar irəli sürmüşdü. O, həmin vaxtlar qondarma “erməni soyqırımı” məsələsinin tanınması üçün aktiv iştirak edirdi. Legion Kiprdə yerləşirdi və Osmanlı Türkiyəsində yaşayan erməniləri cəlb etməyi planlaşdırırdı.


Bu haqda Yaxın Şərqin nüfuz dairələrinə bölünməsinə səbəb olan, daha sonra Sevr müqaviləsinin bazasını təşkil etmiş Sayksa-Piko müqaviləsində də çox maraqlı məqamlar var. Müqavilədə deyilir ki, “1. Erməni könüllüləri nə Fransada, nə də başqa Avropa cəbhələrində deyil, yalnız və yalnız Asiya Türkiyəsində öz əsrlik düşmənlərinə qarşı vuruşaraq torpaqlarını xilas etməlidir. 2. Müttəfiqlərin qələbəsindən sonra Fransa öz idarəçiliyi altında ermənilərə muxtariyyət verəcək”.


Bu faktlar Osmanlı Türkiyəsində yaşayan ermənilərin dövlətə qarşı xəyanətini sübut edir və qondarma “erməni soyqırımı” məsələsinin hələ o vaxtdan Osmanlıya, indi isə Türkiyəyə qarşı qurulmuş oyun olduğunu ortaya çıxarır.


XX əsrin əvvəllərində ABŞ-da yaşayan ermənilər Nyu-Yorka toplanaraq, gəmilərlə Fransaya yola düşür, oradan Misir və Kiprdə yaradılmış hərbi düşərgələrə gəlirmişlər. 5 min döyüşçüsü olan legion Yaxın Şərq cəbhəsində döyüşürdü.


Həmin legionun tör-töküntüləri indi Kaliforniya yaxınlığında təlim keçir və türklərə, Türkiyəyə və Azərbaycana qarşı döyüşmək üçün hazırlanır. Bütün bunların fonunda “Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün “çalışan” Minsk qrupundan mədəd ummağımız nə qədər realdır” sualı ön plana çıxır. Göründüyü kimi, istər ABŞ, istər Fransa, istərsə Rusiya bu münaqişənin həlli üçün beynəlxalq hüquqa söykənən addım atmayacaqlar. Bu, artıq sübut olunmuş məqamdır. Lakin son siyasi proseslər fonunda ABŞ-dakı erməni legionun tarixindəki bəzi məqamlar uzlaşır. Bir neçə gün öncə 34 ildir ki, Nyu-Cersidən konqresmen olan Kristofer Smit ABŞ Helsinki Komissiyasına Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması üçün “Azərbaycanda Demokratiya Aktı” təqdim etdi. Smitin erməni lobbisi ilə yaxın münasibətlərinə dair faktlar bunun Azərbaycana qarşı əslində “erməni hərəkatı” olduğu aydındır (http://publika.az/p/119315). Lakin Amerika erməni legionunun XX əsrin əvvəllərində poliqon kimi Nyu-Cersi ştatını istifadə etmələri də bu fikri gücləndirir. Görünür, ermənilər uzun illərdir bir çox ştatlar kimi Nyu-Cersidə də kök salıblar və K. Smit kimi konqresmenlər onlardan asılı olaraq fəaliyyət göstərir.


İndi ABŞ-dan Azərbaycanla bağlı nə qədər obyektiv qərar gözləmək şübhələr doğurur. Lakin bütün hallarda erməni müəlliflərin “qürurverici” olaraq təqdim etdikləri faktlar bir çox siyasi proseslərin astarını üzünə çevirməyə də kömək edir.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm