Amaliya Pənahova: “Bunu ona deyəndə dəhşətə gəldi”
Bizi izləyin

Tabloid.az

Amaliya Pənahova: “Bunu ona deyəndə dəhşətə gəldi”

Xalq artisti Amaliya Pənahova sənət həyatında qarşılaşdığı çətinliklərdən danışıb, xatirələrini bölüşüb.

Publika.az-a açıqlama verən aktrisa nostalji hisslərə qapılıb: “Sənət adamları fədai olurlar. Mən də belələrindənəm. Elə vaxt olub ki, ayağımı yandırmışam, amma elə ağır vəziyyətdə səhnəyə çıxmışam. “Nişanlı qız”ın premyerası günü evimizə qonaqlar gəlmişdi. Mən onlara bişirdiyim yemək qazanını mətbəxə aparanda əlimdən düşdü, ayağım yandı. Təcili yardım maşını çağırdılar. Ayağıma ağ köpüklü dərman vurdular və dedilər ki, “yuxu dərmanı vuracağıq, yatıb sakitləşəcəksən”. Etiraz etdim və söylədim ki, 4 saatdan sonra teatrda premyeram var, məni minlərlə insan gözləyir. Heç kimin sözünə məhəl qoymadan tamaşaya getdim. O vəziyyətdə rolumu elə enerji ilə oynadım ki, heç kim ayağımdakı ağ köpüklü dərmanı görmədi. Sonradan qabaq sırada əyləşən diktor rəfiqəm Məhəbbət xanıma bunu deyəndə dəhşətə gəldi və bu ağrılarla necə belə gözəl oynadığımı soruşdu”.

Səhnədə belə halların çox yaşandığını bildirən Amaliya Pənahova bunun səbəbini yaradıcı insanların sənətə vurğunluğu ilə izah edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm