“Mazda” 374 min avtomobili geri çağıracaq
Bizi izləyin

Avtopublika

“Mazda” 374 min avtomobili geri çağıracaq

Yaponiyanın "Mazda" avtomobil konserni ABŞ bazarında satışa çıxarılan 374 min ədəd avtomobili nasazlıq səbəbindən geri çağıracaq.

Şirkətin avtomobillərində nasazlıq təhlükəsizlik yastığında yaranıb.

Geri çağırılan avtomobillərin əksəriyyəti 2003-2008-ci illərin istehsalı olan "Mazda 6" və 2004-cü il istehsalı olan "RX-8" modellərinə aiddir.

Qeyd edək ki, təhlükəsizlik yastıqları "Takata" şirkəti tərəfindən istehsal olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm