Bakıda möhtəşəm sərgi keçiriləcək
Bizi izləyin

Avtopublika

Bakıda möhtəşəm sərgi keçiriləcək

VIII Bakı Beynəlxalq "Motor şou" sərgisi mayda keçiriləcək.

Mayın 15-dən 17-dək Azərbaycanın avtomobil həvəskarlarının çoxdan gözlədikləri VIII Bakı Beynəlxalq "Motor şou" ("BIMS 2014") sərgisi keçiriləcək.

Xəzəryanı regionunun ən böyük avtomobil sərgisi olan bu tədbir yerli və xarici avtomobil istehsalçılarını, habelə avtomobil texnikası və komplektləşdiricilərinin dünyaca məşhur brendlərinin distribütor və dilerlərini bir araya gətirəcək.

Sərgi iştirakçıları arasında minik avtomobillərinin istehsalında məşhur olan "Bentley", "Toyota", "Lexus", "Volvo" və digər dünya istehsalçılarının distribütorları da yer alacaq.

Motosiklet dilerləri isə "Aprilia", "Suzuki", "Harley Davidson" və "Vespa" kimi dünya üzrə aparıcı istehsalçıların modellərini təqdim edəcək. Kommersiya sektorunda "MANN" və "HOVA" şirkətlərinin istehsalı olan traktorlar, özüboşaldan yük maşınları və yarım-qoşqular nümayiş etdiriləcək.

Sərgidə avto-hissələr, avtomobil yağları, filtrlər, avtokosmetika və avtomobil kimyasına aid digər məhsullarla bağlı tematik bölmə əhəmiyyətli yer tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm