Sürücülük vəsiqəsi və texpasport itibsə... – MİN SUAL, BİR CAVAB
Bizi izləyin

Qırmızı.az

Sürücülük vəsiqəsi və texpasport itibsə... – MİN SUAL, BİR CAVAB

Sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu itdikdə, onu necə bərpa etməli?

Son günlər bu suallarla redaksiyamıza xeyli oxucu müraciət edib. Publika.az da müraciətləri nəzərə alaraq “Min sual, bir cavab” rubrikasında suallara cavab axtarıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Publika.az-a bildirdiyinə görə, bu halda sürücülər yaşadıqları ərazi üzrə (pasport qeydiyyatında olduqları ərazi üzrə) Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan Məntəqələrinə müraciət edə bilərlər.

Onun sözlərinə görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sürücülük vəsiqəsi blankının dəyəri 18 (on səkkiz) manatdır.

Yenidən avtomobilin texniki pasportunun alınması üçünsə 37 (otuz yeddi) manat ödəmək tələb olunur. Bunun 20 manatı texniki baxış haqqı, 17 manatı isə şəhadətnaməyə görə dövlət rüsumudur.

Sürücülük vəsiqəsi itdiyi halda dublikatı almaq üçün sürücü ərizə ilə müraciət edərək bu sənədləri təqdim etməlidir:

  1. Yaşadığı ərazi üzrə (pasport qeydiyyatında olduğu ərazi üzrə) DYP-dən arayış;
  2. Yaşadığı ərazi üzrə (pasport qeydiyyatında olduğu ərazi üzrə) Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrində sürücülük hüququndan məhrum olunub-olunmama barədə arayış;
  3. Sürücülərin Tibbi Müayinə Mərkəzindən keçmə haqqında tibbi arayış;
  4. Şəxsiyyət vəsiqəsi;
  5. Sürücülük vəsiqəsinin əsası;

Qeyd edək ki, sürücülük vəsiqəsini itirməyə görə cərimə aradan qaldırılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm