İşğal edilmiş adlar
Bizi izləyin

Qırmızı.az

İşğal edilmiş adlar

Deputat Zahid Orucun parlamentdə işğal altında qalan yer adlarının əyləncə mərkəzlərinə verilməsini qınaması birinci hal deyil. Dəfələrlə müxtəlif şəxslər bu barədə öz iradlarını bildiriblər.

Xatırladığım qədər B.Vahabzadənin bu haqda misrası da var. Ona görə də mənim toxunmaq istədiyim başqa məsələdir. Əslində, işğal altında olan yer adlarından necə istifadə olunmalıdır?
Öncə bəzi məsələlərə başdan başlayaq.

Bir dövlət qurularkən, bir millət formalaşarkən burada önəmli rol oynayan şəxslər olur. Bu şəxslər ya taleyin həmin gələcək millətə verdiyi lütfdür, ya da ki bir fərdin böyük ideyalarını həyata keçirmək istəyidir. İstər “İtaliyanı yaratdıq, indi də italyanları yaratmalıyıq” (Haribaldi) fikri olsun, istərsə də, bizim klassiklər kimi ümmət içindən millət çıxarmaq əziyyəti olsun, bunların hamısı 50-100 illik, bəzən isə daha qısa bir mübarizənin sonucunda baş verir.

Bugünlərdə 132-ci doğum gününü qeyd etdiyimiz Rəsulzadənin “yoxdan bir bayraq yaratmaq” sözü də, azərbaycançılıq ideologiyası da Azərbaycan adlı dövləti və millətimizi var edən mühüm anlayışlardır.
Bu baxımdan hər bir dövlətin yaradıcısı, yaşadıcısı, inkişafa aparan ilkin dövrlərdə həmin fövqəlinsanlar olur, ardınca isə artıq şəxslər deyil, ideyaların özü milləti inkişafa aparır. Ona görə də dünya ölkələrində həmin qurucu insanlar bu gün təkcə tarix kitablarında öyrənilmir, onlar haqqında filmlər çəkilir, romanlar yazılır, əzəmətli heykəlləri qoyulur və s. Çünki bu insanlar mühüm prosesin yaradıcısıdır. Əgər Atatürk inqilabları olmasaydı, Türkiyə bu gün mədəni inkişaf səviyyəsinə görə haralarda olardı, bunu düşünmək də insana əziyyət verir.

Ona görə də dövlətin qurucusu, atributları, ərazi vahidləri, bir sözlə, Vətən adlandırdığımız bu kimi anlayışlara olan münasibətdə həssaslıq sərgilənməlidir. Əlbəttə, hər kəs, hər şey dartışıla bilər, tənqid oluna bilər, amma hörmətsiz şəkildə dəyərdən salınmamalıdır.

Ərazi adlarımız da, xüsusilə də işğalda olan torpaqların adlarına münasibətdə də bu həssaslıq qorunmalıdır. Şuşa Azərbaycan üşün önəmli bir yerdir. Tarixindən təbiətinə, orada yetişən insanlardan tutmuş mənəvi dəyərlərinə qədər bizim üçün Azərbaycanın özü qədər önəmlidir. Ona görə də həmin yerdə doğulan, oradan köçkün düşən bir şəxsin bir əyləncə məkanına oranın adını verməsi Vətən həsrəti deyil, müqəddəs anlayışlar üzərinə qazanc əldə etməkdir. Axı bizdə yer adlarına münasibət əvvəllər başqa cür olub.

Azərbaycan Cümhuriyyətinin ikinci baş naziri, Kürdəmirdə öldürülməsi ehtimalı yüksək olan Nəsib bəy Yusifbəylinin övladları gələcəkdə atalarının öldürüldüyü yerin adını soyadlarına əlavə etmişdilər. Niyazi Kürdəmir Yusifbəyli...

- See more at: http://teleqraf.com/news/85908#sthash.tTGG4Tpq.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm