Sabiq təhsil naziri əməliyyat olunacaq
Bizi izləyin

Qırmızı.az

Sabiq təhsil naziri əməliyyat olunacaq

Sabiq təhsil naziri, professor Firudin Cəlilov yenidən əməliyyat olunacaq.

Musavat.com xəbər verir ki, sabiq nazir bu barədə özü məlumat verib. Hazırda Ankarada olan F.Cəlilov Bayındır Hospitalda əməliyyat olunacaq.

"Dostlar salamat qalın. Sabah, ya da biri gün əməliyyat olunacam. İnşallah dönüb söhbəti davam edərik",- deyə eks-nazir öz facebook səhifəsində yazıb.

F.Cəlilovun bir müddət əvvəl də eyni xəstəxanada uğurlu əməliyyat keçirmişdi. Sabiq nazirin müalicə xərclərini Azərbaycan hökuməti öz üzərinə götürüb.

Qeyd edək ki, Əbülfəz Elçibəy prezident olan dövrdə Firudin Cəlilov baş nazirin müavini və təhsil naziri vəzifələrində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm