Polis 80 girovu azad edib
Bizi izləyin

Dünya

Polis 80 girovu azad edib

Əfqanıstanın polis əməkdaşları "Taliban" terrorçuları tərəfindən ölkənin şimal-qərbində yerləşən Fəryab əyalətində oğurlanan 80 nəfəri uğurlu əməliyyat nəticəsində azad edib.

"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, terrorçular bazar günü içərisində dinc sakinlərin olduğu iki avtobusu saxlayaraq oradakı bütün insanları oğurlayıblar.

Polis girov götürülən insanların axtarışı və azad edilməsi üzrə əməliyyata başlayıb. Bir neçə saatdan sonra o uğurla başa çatdırılıb. Bununla belə, onların bildirdiyinə görə, iki nəfər hələ də taliblərin girovluğunda qalmaqdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm