Xarici şirkətlər tibb sektoruna sərmayə qoymaq istəyir
Bizi izləyin

Qırmızı.az

Xarici şirkətlər tibb sektoruna sərmayə qoymaq istəyir

Xarici şirkətlər Azərbaycanda tibbi avadanlıqların istehsalına sərmayə qoyuluşunda maraqlıdır. Bunu Trend-ə "Turkish-American Medical Centre" klinikasının baş direktoru, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İdarə Heyətinin üzvü Ramiz Əliyev deyib.

O bildirib: "Biz tez-tez müxtəlif biznes-forumlarda iştirak edirik və onu qeyd etmək istəyirəm ki, xarici şirkətlər Azərbaycanda tibbi avadanlıqların istehsalına sərmayə qoyuluşunda maraqlıdır. Sonuncu dəfə biz Sudiyə Ərəbistanının, ondan öncə isə Polşa və Hindistanın təmsilçiləri ilə görüşmüdük. Bu ölkələrdə Azərbaycana sərmayə qoymağı düşünən bir sıra məşhur klinikalar var".

Onun sözlərinə görə, xarici klinikalar və şirkətlərlə əməkdaşlığı müxtəlif sahələrdə həyata keçirmək olar: "Əməkdaşlıq həm avadanlıqların alınması, həm də birgə müəssisələrin yaradılmasında əksini tapa bilər".

"Turkish-American Medical Centre" Azərbaycanda fəaliyyət göstərən ilk özəl klinikalardan biridir və ölkədə təxminən 20 ildir fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm