Ser Filip Kreven Bakıya gəlib
Bizi izləyin

İdman

Ser Filip Kreven Bakıya gəlib

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi tədbirlərində iştirak etmək üçün Bakıya gəlib. Onu Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse prezidenti Entoni Seynsburi müşayiət edir.

Səfərin ilk günü Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Ser Filip Krevenlə görüşüb. İ.Rəhimov yubiley tədbirlərində iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə Ser F. Krevenə təşəkkürünü bildirib, yubiley tədbirləri və ölkədə Paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər barədə geniş məlumat verib.

Ser Filip Kreven Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə İlqar Rəhimovu və Paralimpiya ailəsinin bütün üzvlərini təbrik edərək xoş arzularını bildirib.

Görüşdə Beynəlxalq Paralimpiya Komitəsi ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm