Dünya
Ermənistanda hər dörd nəfərdən biri ölkəni tərk edir
Ermənistan vətəndaşlarının hər dörd nəfərindən üçü imkan yaranan kimi ölkəni tərk etmək istəyir.
Publika.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə Ermənistandakı “Sosiometr” sosioloji təhqiqatlar mərkəzinin direktoru Aqaron Adibekyan məlumat verib. O deyib ki, mərkəz ölkənin bütün bölgələrini əhatə edən 3300 ailə arasında sosioloji sorğu keçirib. Sorğuda iştirak edən 19-50 yaş arasındakı insanların 31 faizindən çoxu Ermənistanı tərk etmək istədiyini bildirib. Rəyi soruşulanların 19,3 faizi əlinə pul düşən kimi, 3,9 faizi sərfəli təklif gəldikdə xaricə getməyə hazır olduğunu bildirib. Respondentlərin 7,9 faizi isə ölkəni tərk etmək istədiyini, amma yaşlarının çox olması səbəbindən xaricə gedə bilmədiyini söyləyib.
Bildirilir ki, əhali ölkədəki ağır sosial-iqtisadi vəziyyət səbəbindən və bu vəziyyətin düzələcəyinə ümidlərini itirdikləri üçün xaricə getmək istəyir.
Rəy sorğusunda iştirak edən Ermənistan vətəndaşlarının 33,9 faizi ölkədə əməkhaqqının, 6,5 faizi pensiyaların məbləğinin çox aşağı olmasından, 8,1 faizi sosial –iqtisadi vəziyyətin ağırlığından, 4,4 faizi isə müalicə üçün vəsaitin yoxluğundan şikayət edib.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO