Jurnalistin ailəsində faciə: 1 ölü, 1 yaralı
Bizi izləyin

Hadisə

Jurnalistin ailəsində faciə: 1 ölü, 1 yaralı

Bu gün səhər saatlarında Quba rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Yol qəzasına düşən avtomobildəki sərnişinlərdən Anar Akif oğlu Ağayev dünyasını dəyişib, onun qardaşı Arzuman Akif oğlu Ağayev ağır vəziyyətdə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hər iki şəxs Modern.az saytının əməkdaşı Ağa Akifoğlunun qardaşlarıdır. Dünyasını dəyişən A.Ağayev ailəlidir, iki övladı var.

Quba Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin həkiminin modern.az saytına verdiyi məlumata görə, Anar Ağayev xəstəxanaya daxil olarkən vəfat edib, digər qardaş Arzuman isə sağ budun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm