Bakıdakı Dünya Kubokuna nə qədər qonaq gələcək?
Bizi izləyin

İdman

Bakıdakı Dünya Kubokuna nə qədər qonaq gələcək?

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kuboku üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, yığmamızı fevralın 19-21-də Bakıda keçiriləcək Dünya "Çelenc" Kubokunda 6 gimnast təmsil edəcək.

Belə ki, kişilərin yarışında Bakı-2015-də 5 medala layiq görülən yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanan Petro Paxnyuk gücünü yoxlayacaq. Qadın idmançıların mübarizəsində isə Dünya "Çelenc" Kubokunun gümüş medalçısı (müxtəlif hündürlüklü qollar) Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova komandamıza uğur qazandırmağa çalışacaq.

Milli Gimnastika Arenasında baş tutacaq turnirə 19 ölkədən ümumilikdə 146 qonaq gələcək. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda isə 46 kişi və 22 qadın gimnast mübarizə aparacaq.

Dünya "Çelenc" Kubokunun ilk 2 günündə təsnifat mərhələləri, sonuncu gün ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Qeyd edək ki, tamaşaçıların yarışlardan zövq alması üçün müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm