Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası yaradıldı
Bizi izləyin

Qırmızı.az

Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası yaradıldı

Azərbaycan Prezidentinin fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq Dövlət Gömrük Komitəsində (DGK) komitə sədrinin müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradılıb.

DGK Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya DGK sədrinin müavini Rza Həsənəliyev başçılıq edir.

Yeddi nəfərdən ibarət olan Şuraya Komitənin strukturuna aid olan qurumların məsul şəxsləri daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm