Xalq artisti reanimasiyaya yerləşdirildi - ÖZƏL
Bizi izləyin

Magazin1

Xalq artisti reanimasiyaya yerləşdirildi - ÖZƏL

Xalq artisti, tanınmış rejissor, kinodramaturq Tofiq İsmayılovun səhhəti pisləşib.

Publika.az-ın rejissorun yaxınlarından əldə etdiyi məlumata görə, Mərkəzi Klinik Xəstəxanaya aparılan Tofiq İsmayılovun səhhəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Əldə etdiyimiz məlumata əsasən, T. İsmayılov Hepatit C xəstəliyindən əziyyət çəkir.

Qeyd edək ki, xalq artisti uzun illər Türkiyədə yaşayıb. Qardaş ölkədəki ali təhsil ocaqlarından birində dərs deyən T.İsmayılov bir neçə ildir ki, Bakıya qayıdıb.

Rejissor Azərbaycan kinosunda “Nəğmə dərsi”, “Mən mahnı qoşuram”, “Oxuyur Müslüm Moqamayev” və digər filmləri ilə yadda qalıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm