Millimiz gerilədi - Reytinq açıqlandı
Bizi izləyin

İdman

Millimiz gerilədi - Reytinq açıqlandı

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, Azərbaycan millisi siyahıda 12-ci pillədə yer alıb.

Yığmamızın hesabında 1401 xal var. Serbiyada keçirilən Avropa çempionatında İtaliyaya 0:3 hesabı ilə uduzaraq Çexiyanı 6:5 hesabı ilə məğlub edən millimiz ötən ayla müqayisədə hesabına 13 xal əlavə edib. 1/4 finala vəsiqə əldə etməyimizə baxmayaraq, komandamız reytinqdə mövqeyini əldən verib. Ötən ay 11-ci olan millimizin geriləməsinin səbəbi Serbiyanın 2 pillə irəliləyib, bizi və Paraqvayı arxada qoymasıdır.

Futzal üzrə reytinq: ilk 15 pillə

1. İspaniya - 1928

2. Braziliya - 1909

3. Rusiya - 1734

4. İtaliya - 1700

5. Argentina - 1624

6. İran - 1609

7. Portuqaliya - 1555

8. Ukrayna - 1508

9. Yaponiya - 1427

10. Kolumbiya - 1424

11. Serbiya - 1415

12. Azərbaycan - 1401

13. Qazaxıstan - 1366

14. Paraqvay - 1361

15. Sloveniya - 1336

Oxumağa davam et
Reklam
Reklam

Gündəm