Xaricdə dərdinə çarə tapmadı, Azərbaycanda sağaldı
Bizi izləyin

Qırmızı.az

Xaricdə dərdinə çarə tapmadı, Azərbaycanda sağaldı

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasına traxeyanın yuxarı 1/3 hissəsinin daralması (stenozu) diaqnozu ilə müraciət edən 26 yaşlı qız üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Publika.az xəbər verir ki, Tədris-Cərrahiyyə Klinikasınının torakal cərrahı Arif Ağayevin xəstənin 5 ildən çoxdur ki, traxeyanın yuxarı 1/3 hissəsinin stenozu diaqnozu ilə müxtəlif klinikalarda müalicə aldığını deyib:

“Xəstə İranda və digər xarici ölkələrdə müayinələrdən keçib və onda traxeyanın yuxarı 1/3 hissəsinin stenozu diaqnozu quyulub və aparılan müalicə tədbirləri effekt verməyib.

Cərrahın dediyinə görə, bu xəstəliyin müayinəsi zamanı endoskopiya - bronxoskopiya, boyun nahiyyəsinin və döş qəfəsinin kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyasından (MRT) istifadə olunur.

"Xəstə bizim klinikamıza müraciət etdikdə, onu bir sıra müayinələrdən keçirdik. Nəticədə traxeyanın II dərəcəli stenozu diaqnozu təsdiqləndi. Cərrahiyyə əməliyyatından öncə xəstə üzərində minimal invaziv əməliyyat aparıldı. Digər klinikalarda xəstəyə anastomoz qoyulması, böyük boyun əməliyyatı, həmçinin lazer cərrahiyyəsi təklif olunub. Bu əməliyyat baha başa gəlir. Xəstəyə deyilib ki, Türkiyədən mütəxəssis gəlib əməliyyatı icra edəcək. Amma xəstənin buna maddi imkanı çatmadığı üçün bizim klinikaya müraciət edib”.

Cərrah bildirib ki, əməliyyatı endoskopist torakal cərrah və anestezioloqlardan ibarət həkim briqadası icra edib.

“Xəstəni saat 12:00-da qəbul etdik, 2-3 saat əməliyyata hazırlıq prosesi oldu. Axşam 18:00 radələrində artıq xəstə evə buraxıldı”.

A.Agayevin sözlərinə görə, ümumi anesteziya vasitəsilə 1 saat 20 dəqiqə müddətində həyata keçirilən cərrahiyyə əməliyyatı zamanı traxeya stenozu tamamilə ləğv olunub: “Tənəffüs yollarının keçiriciliyi bərpa olundu. Stenoz ləğv edildikdən sonra kiçik ölçülü fibrobronxoskop vasitəsilə bronx yollarına daxil olduq və bronxo-alveolyar mənfəz sanasiya edildi. Traxeya və nəfəs yolları divarından çoxsaylı biopsiyalar alındı".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm