Hesablama Palatası Lənkəranın təhsil şöbəsini yoxlayır
Bizi izləyin

Qırmızı.az

Hesablama Palatası Lənkəranın təhsil şöbəsini yoxlayır

Bir neçə gün əvvəl sosial şəbəkədə Təhsil Nazirliyinin xüsusi komissiyasının Lənkəranda orta məktəblərdə yoxlama aparması, müəllimlərdən 50-60 manat məbləğində pul yığılması ilə bağlı məlumat yayılıb. Məlumatda deyilirdi ki, nazirliyin nümayəndələri təhsil idarəsindədir və bütün orta məktəblərə "tas" qoyulub.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran Şəhər Təhsil Şöbəsində Təhsil Nazirliyi tərəfindən heç bir yoxlama aparılmır.

“Təhsil şöbəsindən aldığımız məlumata görə, hazırda rayonun təhsil müəssisələrində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən maliyyə yoxlaması aparılır”.

Aparılan yoxlama və əvvəlki məlumatda müəllimlərdən 50-60 manat tələb edilməsi ilə bağlı iddiaya Hesablama Palatasından münasibət öyrənə bilmədik.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm