Qırmızı.az
“Mavi Mərmərə” qəhrəmanı: “Bu gün Misir, sabah Azərbaycan...” – MÜHARİBƏ ANONSU
“Rusiyanın hara hücum edəcəyi bəlli deyil. Sabah Misir, yaxud Azərbaycan və Gürcüstan ola bilər”.
Publika.az xəbər verir ki, bunu Humanitar Yardım
Vəqfinin (İHH) rəhbəri Bülent Yıldırım deyib.
Onun sözlərinə görə, onilliklər boyu davam edəcək xaos və
müharibəyə start verilib: “Rusiyanın hara hücum edəcəyi bəlli
deyil. Bəlkə, sabah Yaxın Şərqdə başqa bir ölkəyə, yaxud Qafqaz
ölkələrinə hücum edəcək. Buna görə də müharibədən əziyyət çəkən
insanlara daim kömək etməliyik. Türkiyə bu işin önündə
getməlidir”.
B. Yıldırım Avropanın miqrant siyasətini sərt tənqid edib.
“Bu gün kasıb Banqladeş 1 milyon 500 min miqrantı qəbul edib. Amma
Avropa qədər bağırmır. Avropa cəmi 20 min miqrant üçün dünyanı
ayağa qaldırıb. Avropanın tək bir istəyi var. Miqrantlara deyil,
savadlı, bilikli insanlara, həkimlər, mühəndislər və elm adamlarına
yaşamaq üçün yer verib onlardan öz məqsədləri üçün istifadə etmək.
Onlar üçün qadın, yaxud uşağın heç bir fərqi yoxdur”, - deyə o
bildirib.
Qeyd edək ki, B. Yıldırım 2010-cu ildə Türkiyə ilə İsrail arasında
böhran yaradan “Mavi Mərmərə” hadisəsinin əsas qəhrəmanlarından
olub.
Asif Nərimanlı
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ