Dərs buraxmağa görə cərimələnmə: nə vaxt başlanacaq?
Bizi izləyin

Qırmızı.az

Dərs buraxmağa görə cərimələnmə: nə vaxt başlanacaq?

İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, 1 ay ərzində 7 gündən çox dərs buraxan şagird 100 manat məbləğində cərimələnəcək.

Təxminən 2 aydır ki, artıq Məcəlləyə dəyişiklik əlavə edilib.

Bəs bu vaxta qədər bu səbəbdən dərs buraxan neçə şagird cərimələnib?

Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hələ ki, qanunvericiliyə edilən bu dəyişikliyin tətbiqinə başlanmayıb. Bildirilib ki, qanunun icra mexanizmi Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra orta məktəblərdə bu cəza tətbiq olunacaq.

Qeyd edək ki, İnzibat Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə 1 ay ərzində 7 gündən çox dərs buraxan şagirdin valideyni 100 manat miqdarında cərimələnəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm