Sağlamlıq
Arıqlamaq istəyənlər üçün yenilik
Tanınmış dietoloq Tutu Zeynalova sağlam qidalanmaq
arzusunda olub, mükəmməl çəkiyə sahib olmaq istəyənlər üçün
tutudiet.com bloqunun və "Tutu diet Youtube" kanalını təqdim
edib.
Publika.az xəbər verir ki, tədbirdə səhiyyə
işçiləri, tanınmış professor, cərrahlar, Azərbaycan estradasının
məşhur simaları və media nümayəndələri iştirak edib. Tədbiri hər
zaman formada qalmaq üçün Tutu Zeynalovanın köməyindən istifadə
edən Afaq Gəncəli açıq elan edib: "Mən də, artıq bir müddətdir ki,
Tutu Zeynalova ilə çalışıram. Sağlam qidalanıram və formada qalmaq
üçün dietoloqumun mənə göstərdiyi pəhrizi edirəm. Tutu xanımla
işlədiyim üçün fəxr edirəm".
Daha sonra söz səbəbkarın özünə verilib. Tutu Zeynalova
gələnləri salamladıqdan sonra nə üçün tutudiet.com bloqunun və
"Tutu diet Youtube" kanalını təqdim etmə səbəbini açıqlayıb: "Bu
gün ailədə hər 4 uşaqdan biri artıq çəkilidirsə bu, nə deməkdir?
Gələcəkdə hər 3 nəfərdən birinin diabet xəstəsi olacağı deməkdir.
Bir neçə ildir ki, insanların artıq çəki problemi ilə mücadiləsini
görürəm. Xüsusilə də xanımların sağlamlıq problemləri ilə bərabər
qarşılaşdığı sosial problemləri də görürəm. Saytımı təqdim etməkdə
məqsədim insanlara artıq çəki problemi ilə mübarizədə dəstək
olmaqdır".
Tədbirdə iştirak edən və "Tutu diet"i sayəsində arıqlayan
aparıcı Dilarə Əliyeva da fikirlərini bölüşüb: "45 günə Tutu
xanımın sayəsində 11 kilo arıqladım. Mənim üçün mükəmməl nəticədir.
Tutu xanım mənə ac qalmağı yox, az yeməyi, çay içməyi yox daha çox
su içməyi öyrətdi. Minnətdaram".
Tutu Zeynalovaya 11 kilo arıqladığı üçün minnətdar olan digər məşhur isə Aşıq Samirə olub. Samirə xanım bildirib: "Dietoloqum məni yenidən özümə sevdirdi".
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular