Prezident telekanala 30 milyonluq qırıcı bağışladı – FOTOLAR
Bizi izləyin

Dünya

Prezident telekanala 30 milyonluq qırıcı bağışladı – FOTOLAR

Rusiya prezidenti Vladimir Putin “ORT” televiziya kanalına “MiG 29” qırıcı təyyarəsi bağışlayıb.

Publika.az xəbər verir ki, bu barədə rus sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Sosial şəbəkə fəalları sözügedən təyyarənin fotolarını da paylaşaraq, Putinin bu addımını belə əsaslandırıblar: “Müharibənin taleyini təkcə hərbi texnikalar deyil, həm də güclü informasiya müharibəsi həll edir”.

Xatırladaq ki, Rusiya və Azərbaycan da daxil olmaqla bir çox dövlətlərin Silahlı Qüvvələrində istifadə edilən “MiG 29” təyyarəsi peşəkar döyüş qabiliyyətlərinə malikdir. Təyyarənin qiyməti təqribən 30 milyon ABŞ dolları təşkil edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm