Jurnalistin bacısı intihar etdi
Bizi izləyin

Hadisə

Jurnalistin bacısı intihar etdi

Bu gün səhər paytaxtın Yasamal rayonunda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 22 yaşlı paytaxt sakini özünü asaraq intihar edib.

Özünə qəsd etmiş qızın jurnalist Aytac Vahabovanın bacısı olduğu bildirilir. Rayon sakinlərinin əməkdaşımıza verdiyi məlumata görə, Nigar Vahabzadə özünü çilçıraq qarmağından asıb.

Hadisə baş verən vaxt onun anası və bacısı Aytac işdə, qardaşı isə məktəbdə olub. İntihar etmiş gəncin atasının Rusiyada işlədiyi deyilir.

İntiharın səbəbləri barədə dəqiq məlumat yoxdur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm