Türkiyədən ÇAĞIRIŞ: “NATO hərəkətə keçməlidir” - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədən ÇAĞIRIŞ: “NATO hərəkətə keçməlidir” - VİDEO

Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyəyə səfər edən Almaniya kansleri Angela Merkellə görüşdən sonra birgə mətbuat konfransı təşkil edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, mətbuat konfransında Suriyadakı vəziyyətə və qaçqınlar probleminə toxunulub.

Hələbin rejim gücləri tərəfindən mühasirəyə alındığını deyən Davudoğlu insanlığın Suriyada imtahanla qarşı-qarşıya olduğunu deyib. Türkiyə sərhədlərində 30 min suriyalının Türkiyəyə keçmək üçün gözlədiyini qeyd edən baş nazir bildirib ki, ölkəsi təkbaşına məsuliyyəti üzərinə götürə bilməz.

“Hələbə qarşı qeyri-insani hücuma tezliklə son qoyulmalıdır. Almaniya ilə birgə işimizi gücləndirəcəyik. Avropa Birliyi qaçqınlar mövzusunda təsirli addımlar atmalıdır. Bu mövzuda NATO da hərəkətə keçməlidir”, - Əhməd Davudoğlu söyləyib.

Almaniya kansleri həmkarı ilə görüşdə aktual mövzuların müzakirə edildiyini bildirib. Merkel minlərlə insanın Rusiya bombardmanına məruz qaldığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm