Britaniya Rusiya - NATO müharibəsinə hazırlaşır
Bizi izləyin

Dünya

Britaniya Rusiya - NATO müharibəsinə hazırlaşır

Birləşmiş Krallıq Rusiya və NATO arasında mümkün münaqişələrə hazırlaşır.

Publika.az xəbər verir ki, “The Daily Telegraph” nəşrinin mənbələrinə görə, İordaniyada keçiriləcək təlimlərin məqsədi dünyanın hər hansı nöqtəsinə böyük hərbi gücün çatdırılması imkanlarını yoxlamaqdır.

“Shamal Storm” adlanan təlimlərdə 1600 hərbçi və hərbi texnikanın 300 vahidi iştirak edəcək. Britaniya Müdafiə Nazirliyinin mənbələri bildiriblər ki, təlimlərin real məqsədi zirehli texnika və ağır silahlarla təchiz edilən 30 min hərbçinin Rusiya ilə qarşıdurmanın kəskinləşəcəyi halda Şərqi Avropada yerləşdirilməsi variantlarını sınaqdan keçirməkdir.

“The Daily Telegraph” nəşrinin yazdığına görə, “Shamal Storm” təlimləri Britaniya ordusunun XXI əsrdə keçirdiyi ən böyük təlimlər olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm