Konsulluqda türk bayrağını PKK bayrağı ilə əvəz etdilər - FOTO
Bizi izləyin

Dünya

Konsulluqda türk bayrağını PKK bayrağı ilə əvəz etdilər - FOTO

PKK terror təşkilatının tərəfdarları Fransanın Bordo şəhərindəki türk konsulluğuna hücum ediblər.

Publika.az“Haberler.com” saytına istinadən xəbər verir ki, PKK tərəfdarları konsulluğun qarşısındakı türk bayrağını endirib və yerində təşkilatın simvolları olan rənglərin yer aldığı bir parçanı asıblar.

Konsulluq əməkdaşlarının verdiyi məlumata görə, təxminən 60 nəfərlik PKK qrupu Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Polis qrupu çətinliklə ərazidən uzaqlaşdırıb.

Türkiyənin Parisdəki səfirliyi Fransa hökumətindən hadisənin iştirakçılarının dərhal cəzalandırılmasını tələb edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm