Özünün cənazə mərasiminə gələrək ərini şoka saldı
Bizi izləyin

Dünya

Özünün cənazə mərasiminə gələrək ərini şoka saldı

Tutduğu muzdlu qatillərin arvadını öldürdüyünə inanan kişi təşkil etdiyi cənazə mərasimində şoka düşür.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “ölən” arvadı onun üçün təşkil edilən cənazə mərasiminə gəlib çıxır.

Hadisə Avstraliyada baş verib. Noela Rukundo ögey anasının cənazə mərasimində iştirak etmək üçün Melburn şəhərindən Burundiyə gedir. Bu vaxt onunla 11 il evli olan əri Balenga Kalala Rukundonu öldürməsi üçün muzdlu qatil tutur.

Muzdlu qatillər qadının qardaşını tanıdıqları üçün onu öldürmür. Amma Kalaladan pul alaraq qadını öldürdüklərini bildirirlər.

Rukundo Melburna qayıdır və onun üçün təşkil edilən cənazə mərasiminə gəlir. O, ərinə “Sürpriz! Hələ həyatdayam” deyir. Kalala yoldaşından üzr istəsə də artıq gec idi. Rukundo polisə xəbər verir. Cinayətini etiraf edən Kalala doqquz il azadlıqdan məhrum edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm