2015-ci ilin ən yaxşı filmi müəyyən olundu
Bizi izləyin

Magazin2

2015-ci ilin ən yaxşı filmi müəyyən olundu

ABŞ Rejissorlar Gildiyası 2015-ci ilin ən yaxşı filmini seçib.

Publika.az xəbər verir ki, bu mükafata Alexandro Qonsales İnyarritunun rejissoru olduğu “Sağ qalmış” filmi layiq görülüb.

Gildiyanın rəsmi saytında verilən xəbərə görə, İnyarritu ikinci ildir ki, ardıcıl olaraq bu mükafata layiq görülür. Bundan əvvəl də o, “Berdman” filmi ilə mükafat qazanıb.

Qeyd edək ki, “Sağ qalmış” filmi 12 nominasiya üzrə “Oskar” mükafatına namizəddir.

Filmdə baş rolu Leonardo Di Kaprio canlandırıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm