Aygün Kazımovadan Eltona sərt İSMARIŞ
Bizi izləyin

Magazin1

Aygün Kazımovadan Eltona sərt İSMARIŞ

Xalq artisti Aygün Kazımova müğənni Eltonla küsülü olsa da, bu günə qədər onun haqda nə televiziya proqramlarında, nə də yerli saytlarda heç bir fikir bildirməyib.

Ötən gün Eltonun “ATV Maqazin onlarla” verilişində xalq artistləri və müğənnilər haqda dediyi sözlər isə Aygün Kazımovanın ürəyincə olmayıb.

Publika.az-a açıqlamasında xalq artisti küsülü olduğu həmkarlarının belə, müdafiəsinə qalxıb və Eltona sərt ismarış göndərib:

“Bir neçə dəfə efirə çıxıb və arxamca artıq şeylər danışıb. Mən xanımlığımla susmuşam. Lakin xəbərdarlıq etmişəm ki, mənim adımı çəkmə. Dünən isə xalq artisti Flora xanımın yanında oturub və ona danışmağa macal verməyib. Mənim hansısa xalq artisti ilə münasibətim olmaya bilər, amma Eltonun həddi deyil ki, xalq artistləri haqda rəy bildirib, fikir söyləsin. Orda böyük sənətkarımız Flora xanım iştirak edirdi. O, fikir bildirməli idi. Elton onun kimi bir sənətkarın sözünü hər dəqiqədən bir ağzında qoyurdu”.

Bu arada Aygün Kazımova sosial şəbəkədə növbəti şeiri paylaşıb:

Sən Eltonsan,

Sən ton tonsan.

Mən bilmirəm

Sən nə...san.

Utanmırsan?

Kişi olan

Vücudundan,

O boyundan,

Buxunundan?

Sən sevilən

Sənətkara,

Əfsanəvi sənətkarın

Yanındaca

Rəy bildirib,

Donquldanıb,

Tullanırsan.

Şıllaq atıb

Hoppanırsan.

Söz atırsan.

Axı niyə?

Axı kimə?

Zərif, incə xanımlara

Qısqanırsan,

Olmaya sən

Elton Consan???

Oxumağa davam et
Reklam
Reklam

Gündəm