Rusiyada helikopter qəzaya uğradı
Bizi izləyin

Dünya

Rusiyada helikopter qəzaya uğradı

Rusiyanın Pskov vilayətində hərbi helikopter qəzaya uğrayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, hadisə Ostrovsk rayonunda baş verib.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, naməlum səbəbdən hərbi hissələrin birinə məxsus Mİ-8 helikopteri qəza enişi edərkən yerə düşüb. Qəza nəticəsində 4 nəfər həyatını itirib. Qəzanın səbəbləri və təfərrüatları barədə hələlik məlumat verilmir.

Baş verən hadisənin səbəblərinin araşdırılması üçün vertolyotun qəzaya uğradığı əraziyə müvafiq qurumların mütəxəssisləri cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm