Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb
Bizi izləyin

Dünya

Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb

Rusiyanın Pskov vilayətində hərbi helikopter qəzaya uğrayıb. Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə naməlum səbəbdən hərbi hissələrin birinə məxsus Mİ-8 helikopteri qəza enişi edərkən yerə düşüb.

Hadisə Ostrovsk rayonunda baş verib. Ərazidən 4 nəfərin meyiti aşkar edilib. Qəzanın səbəbləri və təfərrüatları barədə hələlik məlumat verilmir.

Baş verən hadisənin səbəblərinin araşdırılması üçün vertolyotun qəzaya uğradığı əraziyə müvafiq qurumların mütəxəssisləri cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm